Bu il aprelin 1-nə Azərbaycanın bank sektorunun aktivləri 44843,2 milyon manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankından Fins.az-a verilən məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 13% çoxdur.
Bankların aktivlərinin 20038,5 milyon manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 14,3 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 44,2%-dən 44,7%-ə kimi artıb.
Hesabat dövründə, bank sektorunun öhdəlikləri 12,3% artaraq 38993,9 milyon manata, o cümlədən depozit portfeli 13% artaraq 31933,2 milyon manata çatıb. Bunun 11719,5 milyon manatı fiziki, 20213,7 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 15%, şirkətlərin banklardakı vəsaitləri isə 12% artıb.
Son bir ildə bank sektorunun balans kapitalı isə 13 % artaraq 5849,3 milyon manat təşkil edib.