BANK

19 Aprel

Azərbaycanda bank sektorunun xalis mənfəəti 54% artıb

Azərbaycan banklarının xalis mənfəəti 2023-cü ilin ilk rübündə 54% artaraq 267,9 milyon manata çatıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankından Fins.az-a məlumat verilib.

Bu dövrdə bankların əməliyyat gəlirləri ötən ilin eyni dövrünə nisbətən 32,5% artaraq 1102,9 milyon manata, əməliyyat xərcləri 28% artaraq 693,4 milyon manata yüksəlib, xüsusi ehtiyatlara ayırmaları 6,7% azalaraq 55,9 milyon manata enib. Nəticədə bank sektoru yanvar-mart aylarında 392 mln. manat məbləğində əməliyyat mənfəəti əldə edib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 42,4% artıqdır.

Sektorun mənfəət vergisi ödəmələri isə 64,3% artaraq 68,4 milyon manata çatıb.