ABB aşağı faiz dərəcələri ilə avtomobil kreditlərinin verilməsinə başlayıb. Avtomobil almaq istəyən, avtomobilini yeniləmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları bu fürsətdən yararlana bilərlər. Əməkhaqqı kartı istənilən bankdan olan hər kəsin ABB-dən avtomobil krediti almaq imkanı var.
Avtomobil kreditinin şərtləri:
Müddət – 60 aya qədər
Faiz dərəcəsi – 12%-dən
İlkin ödəniş – 10%-dən başlayaraq
Komissiya - 0.5% (min. 20 AZN)
Sənədləşmə çox sadədir. Avtomobil krediti istəyən müştərilər bankın əməkdaşlıq etdiyi rəsmi avtomobil dilerlərindən avtomobili seçərək, bankın uyğun filialına yalnız şəxsiyyət vəsiqəsi ilə yaxınlaşıb krediti sifariş edir. Müştəri Bankın saytı vasitəsilə əvvəlcədən Randevu götürərək filiallarda növbə gözləmədən də avtomobil krediti müraciətini edə bilər. Avtomobil krediti barədə əlavə məlumatları buradan əldə edə bilərsiniz.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, //abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.