BANK

14 Aprel

Azərbaycanın xalis maliyyə aktivləri artıb, öhdəlikləri isə xeyli azalıb

Birbaşa investisiyaları üzrə xalis maliyyə aktivləri 172.2 milyon dollar artıb, xalis maliyyə öhdəlikləri isə 4.9 milyard dollar azalıb.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, birbaşa xarici investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 6.3 milyard dollar, xaricə yatırılmış birbaşa xarici investisiyaların həcmi isə 0.2 milyard dollar olub. Ümumilikdə birbaşa xarici investisiyalar üzrə 5.1 milyard dollar mənfi saldo yaranıb.

Ölkə iqtisadiyyatına yatırılmış birbaşa xarici investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 71% təşkil edib. 2022-ci il üzrə tədiyə balansında birbaşa xarici investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (-6 726.2 milyon dollar) azalması neft-qaz sektoru üzrə cəlb olunmuş investisiya ilə (4 441.8 milyon dollar) həmin sector üzrə kapitalın repatriasiyası (11 168.0 milyon dollar, əsasən beynəlxalq neft-qaz konsorsiumların payına düşən xam neft və təbii qaz şəklində olan kapital repatriasiyası) arasındakı fərqdən formalaşır.

Qiymətləndirmələrə görə qeyri-neft-qaz sektoruna cəlb olunmuş birbaşa investisiyaların ümumi məbləği 2.3 dəfə artaraq 1.8 milyard dollar olub.

Fuad Mədətov
Fins.az