Təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi həcmi 4.5 milyard dollar məbləğində qiymətləndirilib. Daxilolmalar 3.7 milyard dollar, ödənişlər isə 0.8 milyard dollar təşkil edib.
Fins.az Mərkəzi Banka istinadən xəbər verir ki, təkrar gəlirlər üzrə ümumi daxilolmaların 96.7%-ni xarici ölkələrdən fiziki şəxslərin pul baratları, 2.3%-ni ölkəyə gətirilən humanitar malların və digər yardımların həcmi, 1%-ni isə digər daxilolmalar təşkil edir.
Ölkəyə göndərilən pul baratlarının həcmi 3.2 dəfə artaraq 3.6 milyard dollar, ölkədən köçürülən pul baratlarının həcmi isə 0.5% artaraq 0.7 milyard dollar olub. Nəticədə pul baratları üzrə 2.9 milyard dollar müsbət saldo yaranıb.
Bütövlükdə, təkrar gəlirlər üzrə əməliyyatların saldosu müsbət 3 milyard dollar (6.5 dəfə artım) təşkil edib.
Fuad Mədətov
Fins.az