Ölkənin aparıcı korporativ maliyyə instutu olan “PAŞA Bank”, gənclərin peşəkar inkişafını dəstəkləyən təşəbbüslərin həyata keçirilməsini davam etdirir.
Fins.az xəbər verir ki, bank, kompüter elmləri və proqramlaşdırma sahəsi üzrə ixtisaslaşmış ali məktəb məzunları və son kurs tələbələri üçün “DevZone” öyrənmə marafonunu keçirməyi planlayır. Bu marafon çərçivəsində iki ay müddətində "back-end" proqramlaşdırma üzrə təlimlərin və mentorluq sessiyalarının təşkil olunması nəzərdə tutulur.
“DevZone" öyrənmə marafonuna seçimlər iki hissədən ibarət olacaq. İştirakçılardan ilk mərhələdə “Hackerrank” platformasında verilən tapşırıqları həll etmək tələb ediləcək. Bu mərhələdə ən yüksək nəticə göstərmiş ilk 50 iştirakçı növbəti mərhələ olan müsahibə mərhələsinə keçid alacaq.
“PAŞA Bank”ın yüksək ixtisaslı peşəkarları tərəfindən keçirilən təlimlərdə iştirak etmək, onların zəngin təcrübəsindən bəhrələnmək istəyirsinizsə, aprel ayının 8-dək müraciətinizi ünvanlamağa tələsin.
Qeyd edək ki, test mərhələsinə qatılmaq üçün platformaya kompüterdən daxil olmaq lazımdır. “Hackerrank”ın artıq istifadəçisi olan şəxslərdən platformaya istifadəçi məlumatları ilə daxil olmaq xahiş olunur. Platformadan ilk dəfə istifadə edən şəxslərdən səhifənin sonunda yerləşən formanı dolduraraq qeydiyyatdan keçmək tələb edilir.
“Hackerrank” platformasına bu səhifədən //lnkd.in/eAF5B_Nm keçid etmək mümkündür. Qeydiyyat forumu səhifənin sonunda yerləşdirilib.