BANK

06 Aprel

Azərbaycanın ilkin gəlirlər balansında kəsir 4.2 dəfə artıb

İlkin gəlirlər balansında neft-qaz sektoru üzrə 6.1 milyard dollar kəsir, qeyri-neft-qaz sektoru üzrə isə 0.6 milyard dollar profisit olub. Nəticədə ilkin gəlirlər balansında kəsir 4.2 dəfə artaraq 5.5 milyard dollar təşkil edib.

Fins.az Mərkəzi Banka istinadən xəbər verir ki, ilkin gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 8.6 milyard dollar olub və bunun 82%-i 7 milyard dollar olmaqla Azərbaycandan qeyri-rezidentlərə ödənişlər təşkil edib.

Bu məbləğin isə əsas hissəsini (6.1 milyard dollar) xarici investorların payına düşən gəlirlərin repatriasiyası (o cümlədən 5.9 milyard dollar beynəlxalq neft-qaz konsorsiumları üzrə əsasən xam neft və təbii qaz şəklində repatriasiya), qiymətli kağızlar portfeli üzrə qeyri-rezidentlərə ödənilən faizlər (348.3 milyon dollar), xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (340.1 milyon dollar) və digər ödənişlər (274.6 milyon dollar) təşkil edib.

Fuad Mədətov
Fins.az