BANK

04 Aprel

Azərbaycanda geniş pul kütləsi artıb

Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 325.8 milyon manat artaraq 2 milyard 87.8 milyon manat təşkil edib.

Fins.az Mərkəzi Banka istinadla xəbər verir ki, xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident hüquqi şəxslərin qısamüddətli depozitlərinin həcmindəki artım ilə əlaqədardır.

Cari ilin fevral ayında manatla geniş mənada pul kütləsi (M2) ötən ilin müvafiq dövrünə nəzərən 26.1 faiz artaraq 29 milyard 018.3 milyon manat olub.

Fuad Mədətov
Fins.az