Azərbaycan Banklar Assosiasiyası (ABA) Rəyasət Heyətinin martın 30-da keçirilmiş iclasında “Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə Ekspert Qrupu”na sədr vəzifəsinə “Ziraat Bank Azərbaycan” ASC-nin Xəzinədarlıq və Beynəlxalq Bankçılıq Departamentinin Direktoru Hikmət Cəfərovun namizədliyi təsdiqlənib.
Bu barədə Fins.az-a ABA-dan məlumat verilib.
Karyerasına 2007-ci ildən “Bakı Fond Birjası”nda başlayan Hikmət Cəfərov, 2009-cu ildə “Yapı Kredi Bank Azərbaycan” QSC-də çalışmış, 2017-ci ildə bu bankın Xəzinədarlıq və Müxbir bankçılıq Departamentinin Direktor Müavini vəzifəsinə kimi yüksəlib. 2019-cu ildən “Ziraat Bank Azərbaycan” ASC-də Xəzinədarlıq və Maliyyə Qurumları Departamentinin Direktoru olmuş, 2021-ci ildən isə həmin bankın Xəzinədarlıq və Beynəlxalq Bankçılıq Departamentinin Direktoru vəzifəsində çalışır.
Hikmət Cəfərov Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq İqtisadi Münasibətlər” fakültəsinin məzunudur.
Xatırladaq ki, ABA-nın nəzdində bank-maliyyə sektorunun müxtəlif istiqamətlərini əhatə edən 14 Ekspert Qrupu fəaliyyət göstərir.