Azərbaycan Banklar Assosiasiyası (ABA) Rəyasət Heyətinin 30 mart 2023-cü il tarixində keçirilmiş iclasında “İnsan resurslarının idarə olunması Ekspert Qrupu”na sədr vəzifəsinə “Kapital Bank” ASC-nin Performansın idarə edilməsi Departamentinin direktoru Aygün Musayevanın namizədliyi təsdiqlənib.
Bu barədə Fins.az-a ABA-dan xəbər verilib.
Aygün Musayeva Azərbaycan Dövlət İqtisad Universitetinini bakalavr, Qafqaz Universitetini magistr dərəcəsini bitirib, Boğaziçi Universiteti “MBA” fakültəsinin məzunudur.
Aygün Musayeva karyerasına 2013-cü ildən “Bank of Baku” ASC-də başlayıb, 2015-ci ildən karyerasını “Kapital Bank” ASC-də davam etdirərək 2023-ci ildən etibarən həmin bankın Performansın idarə edilməsi Departamentinin direktoru vəzifəsinə təyin edilib. “CIPD Level 5 Diploma in People Management” sertifikatına sahibdir.
Xatırladaq ki, ABA-nın nəzdində bank-maliyyə sektorunun müxtəlif istiqamətlərini əhatə edən 14 Ekspert Qrupu fəaliyyət göstərir.