BANK

03 Aprel

Fəaliyyətdə olan bankların cəmi aktivləri 45 milyard manatdan çox olub

Azərbaycan Mərkəzi Bankı fəaliyyətdə olan bankların cəmi aktivləri, öhdəlikləri və balans kapitalını açıqlayıb.

Fins.az xəbər verir ki, bu ilin fevral ayı üçün fəaliyyətdə olan bankların cəmi aktivləri 45,708.6 milyon manat, cəmi öhdəlikləri 39,972.5 milyon manat, balans kapitalı 5,736.1 milyon manat olub.

Qeyd edək ki, bu ilin yanvar ayı üçün fəaliyyətdə olan bankların cəmi aktivləri 45,861.9 milyon manat, cəmi öhdəlikləri 40,200.2 milyon manat, balans kapitalı 5,661.7 milyon manat təşkil edib.

Fuad Mədətov
Fins.az