BANK

31 Mart

Azərbaycanda bankların filiallarının, şöbələrinin və ATM-lərin sayı açıqlandı

Azərbaycan Mərkəzi Bankı ölkədə fəaliyyət göstərən bankların filiallarının, şöbələrinin və ATM-lərin sayını açıqlayıb.

Fins.az xəbər verir ki, bu ilin mart ayının 1-nə fəaliyyət göstərən 25 bankın filiallarının sayı 490, şöbələrinin sayı 94, ATM-lərin sayı 3,003 olub.

Hesabat ayında bank sektorunda çalışanların sayı 0.7% və ya 170 nəfər artaraq 23,040 nəfər təşkil edib.

Fuad Mədətov
Fins.az