BANK

31 Mart

Biznes kreditləşməsi üzrə kredit tələbi artıb – QRAFİK

Banklar 2022-ci ilin IV rübündə milli valyutada qısa və uzunmüddətli biznes kreditlərinə tələbin artdığını bildiriblər.

Fins.az Azərbaycan Mərkəzi Bankının (AMB) 2022-ci ilin IV rübü üzrə bank sektorunun kreditləşmə fəaliyyətinə dair sorğuların nəticələrinə əsasən xəbər verir ki, bankların 2023-cü ilin I rübü üçün biznes kreditləri üzrə gözləntiləri tələbdə artım olacağı yönündədir.

Biznes və KOS (kiçik və orta sahibkarlıq) subyektlərinə verilən kreditlərə tələbin artmasına əsas təsir edən faktorlar faiz dərəcələri, rəqəmsallaşma və dövriyyə kapitalı ehtiyacı olub. Keçmiş rüblərlə müqayisədə 2022-ci ilin IV rübündə bankların kredit şərtlərində dəyişikliklər etməsi də biznes kreditləşməsinə təsir edən əsas amillərdən biri olub.

2022-ci ilin son rübündə MKOS-ların (mikro, kiçik və orta sahibkarlıq) borclanma səviyyəsi keçmiş rüblərlə müqayisədə daha yüksək olub. Belə ki, borclanma səviyyəsində 2022-ci ilin III rübü ilə müqayisədə ən çox artım mikro sahibkarlıq subyektləri üzrə olub. İri sahibkarlıq subyektlərinin borclanma səviyyəsi isə stabil olaraq qalıb.

Fuad Mədətov
Fins.az