BANK

30 Mart

Azərbaycanın cari əməliyyatlar balansının qalığında rekord yüksəliş - CƏDVƏL

2022-ci il üzrə tədiyə balansının əsas göstəriciləri açıqlanıb.

Fins.az Azərbaycan Mərkəzi Bankının 2022-ci ilin yekunu üzrə Azərbaycan Respublikasının tədiyə balansının hesabatına əsasən xəbər verir ki, ümumi qalıq xarici ticarət balansındakı 27359,4 milyon dollarlıq qalıq (2,4 dəfə çox), xidmətlər balansındakı 1 359,7 milyon dollarlıq kəsir (38 % az), ilkin gəlirlər balansındakı 5 487 milyon dollarlıq kəsir (4,1 dəfə çox) və təkrar gəlirlər balansındakı 2 965,4 milyon dollarlıq qalıq (6,4 dəfə çox) hesabına formalaşıb.

2022-ci ildə Azərbaycanın cari əməliyyatlar balansında (CƏB) 23,5 milyard ABŞ dolları məbləğində qalıq yaranıb.

Qeyd edək ki, bu, 2021-ci illə müqayisədə 2,8 dəfə çoxdur. Belə ki, 2021-ci ildə cari əməliyyatlar balansının qalığı 8,3 milyard dollar təşkil edib.

Fuad Mədətov
Fins.az