Monetar sərtləşmə inkişafda olan ölkələrdə maliyyə şərtlərini də sərtləşdirib və maliyyə sabitliyi üzrə riskləri artırıb.
Fins.az bu barədə 2022-ci ilin nəticələri üzrə Azərbaycan Mərkəzi Bankının (AMB) "Maliyyə Sabitliyi Hesabatı"na əsasən xəbər verir ki, Beynəlxalq Valyuta Fondunun Qlobal Maliyyə Sabitliyi Hesabatında maliyyə kövrəklikləri əsasən qeyri-maliyyə institutlarında artıb.
Belə ki, iri qeyri-maliyyə şirkətlərində xərclərin artımı nəticəsində mənfəət marjasının azalması, kiçik şirkətlərdə isə yüksək maliyyələşmə dərəcəsi və azalmış fiskal dəstək nəticəsində defolt ehtimalının artımı müşahidə edilib.
Fuad Mədətov
Fins.az