BANK

28 Mart

Bir çox mərkəzi banklar pul siyasətini sərtləşdirib

Artan inflyasiya təzyiqləri bir çox mərkəzi banklar tərəfindən pul siyasətinin sərtləşdirilməsinə səbəb olub.

Fins.az 2022-ci ilin nəticələri üzrə Azərbaycan Mərkəzi Bankının (AMB) "Maliyyə Sabitliyi Hesabatı"na əsasən xəbər verir ki, ABŞ-da Federal Ehtiyat Sistemi başlıca faiz dərəcəsini il ərzində 0-0.25%-dən 4.25-4.5%-ə, İngiltərə Bankı 0.25%-dən 3.5%-ə, Avropa Mərkəzi Bankı isə 3 əsas faiz dərəcəsinin hər birini 2.5 faiz bəndi artırıb.

2022-ci il ərzində bütövlükdə 70 mərkəzi bank tərəfindən əsas faiz dərəcələri üzrə 357 dəfə artım qərarı, cəmisi 8 mərkəzi bank tərəfindən 18 dəfə azalma qərarı qəbul olunub. 10 mərkəzi bank isə faiz dərəcələrini il ərzində sabit saxlayıb. Monetar sərtləşmə nəticəsində 2023 və 2024-cü illərdə inflyasiyanın tədricən azalacağı gözlənilir.

BVF-in məlumatına əsasən, qlobal istehlak qiymətləri indeksinin 2022-ci ildəki 8.8%-dən 2023-cü ildə 6.5%-ə, 2024-cü ildə isə 4.1% enməsi gözlənilir.

Fuad Mədətov
Fins.az