BANK

28 Mart

AMB: Valyuta hərracında tələb yüksək olub - 28.03.2023

Mərkəzi Bankda bu gün növbəti valyuta hərracı keçirilib.

Mərkəzi Bankdan Fins.az-a verilən məlumata görə, hərracda tələb 96,3 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Hərracda tələbin nisbətən yüksək olması bayram günləri ilə əlaqədar qrafik üzrə 2 hərracın keçirilməməsi səbəbindən yığılmış tələblə əlaqədardır.

Qeyd edək ki, martın 16-da hərracda tələb 47,9 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib.

Fuad Mədətov
Fins.az