BANK

27 Mart

Unibankın “Bahar endirimi” kampaniyası davam edir

“Unibank”ın biznes sahibləri üçün keçirdiyi kampaniya bu həftənin sonunadək davam edəcək. Mikro və kiçik sahibkarlar üçün nəzərdə tutulan “Bahar endirimi” kampaniyası çərçivəsində 36 ayadək bütün təminatsız kreditlərə 3%-dək endirim edilir. Üstəlik nağdlaşdırma komissiyası da 0,5%-ə endirilib.

Bankdan Fins.az-a verilən məlumata görə, martın 31-nə qədər davam edən kampaniya müddətində, sahibkarlar “Unibank”dan 30.000 manatadək krediti həm illik faizə, həm də komissiyaya endirimlə əldə edə biləcəklər.

“Unibank”ın sərfəli kampaniyasından faydalanaraq, biznesinizə bahar bərəkəti qatın!

“Unibank”ın biznes kreditlərindən və xidmətlərindən faydalanmaq istəyən sahibkarlar bankın “Sumqayıt”, “Xırdalan”, “Əcəmi”, “İnşaatçılar”, “Əhmədli”, “Bakıxanov”, “Mərdəkan”, “Nərimanov”, “Neftçilər”, “Quba”, “Xaçmaz”, “Şəki”, “İsmayıllı”, “Bərdə”, “Şəmkir”, “Gəncə”, “Kəpəz”, “Tovuz”, “Mingəçevir”, “Salyan” və “Lənkəran” filiallarına müraciət edə bilərlər.  

Bankın məhsul və xidmətləri haqda ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az,  //www.instagram.com/unibank.az/, //twitter.com/unibank) əldə etmək olar.

Unibank - Sənin Bankın!