Mərkəzi Bankda bu gün növbəti valyuta hərracı keçirilib.
Mərkəzi Bankdan Fins.az-a verilən məlumata görə, hərracda tələb 47,9 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilib.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Qeyd edək ki, martın 14-də hərracda tələb 60,3 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib.
Fuad Mədətov
Fins.az