Mərkəzi Bank tərəfindən 2022-ci ilin IV rübü üzrə bank sektorunun kreditləşmə fəaliyyətinə dair sorğuların nəticələri açıqlanıb.
MB-dan Fins.Az-a verilən məlumara görə, sorğu biznes, istehlak və ipoteka kreditləşməsinə dair tələb və təklif amillərinin qiymətləndirilməsi, o cümlədən, bankların risklərinin müəyyən edilməsi və qiymətləndirilməsini əhatə edir.
Sorğu nəticələrinə əsasən 2022-ci ilin IV rübündə bankların kreditləşmə siyasətinin yumşalması və kreditlər üzrə tələbin artması müşahidə olunur. Banklar 2023-cü ilin I rübündə də kreditləşmə siyasətində yumşalmaların davam edəcəyini bildiriblər. Sektorun kredit siyasətində dəyişikliklər Mərkəzi Bank tərəfindən diqqət mərkəzində saxlanılır və müvafiq prudensial siyasət müəyyən edilir.
2022-ci ilin IV rübü üzrə Kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri ilə aşağıdakı linkdə tanış olmaq olar:
Kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri
Fuad Mədətov
Fins.az