BANK

15 Mart

Mərkəzi Bankın 2022-ci il üzrə Maliyyə sabitliyi HESABATI

Azərbaycan Respublikasının Mərkəzi Bankı strateji kommunikasiya missiyasına uyğun olaraq cəmiyyətdə adekvat iqtisadi gözləntilərin formalaşdırılması istiqamətində müxtəlif kommunikasiya alətləri vasitəsilə ictimaiyyətin, o cümlədən hədəf qruplarının aktiv məlumatlandırılması və maarifləndirilməsi işlərini davam etdirir. Bu xüsusda Maliyyə sabitliyi hesabatı ildə iki dəfə geniş auditoriyaya təqdim olunur.

MB-dən Fins.Az-a verilən məlumata görə, hesabatda qlobal iqtisadi şərait, yerli maliyyə institutlarının fəaliyyət göstərdiyi makroiqtisadi mühit təhlil olunub, bank sisteminin vəziyyəti, riskləri və kənar şoklara qarşı dayanıqlığı stress test vasitəsilə qiymətləndirilib, eləcə də bank olmayan kredit təşkilatları, sığorta sistemi və kapital bazarları ilə bağlı təhlillər aparılıb. Eyni zamanda, maliyyə sektoru seqmentləri üzrə 2023-cü il üçün tənzimləmə və nəzarət prioritetləri müəyyən edilib.

Maliyyə sabitliyi hesabatı ən uyğun beynəlxalq təcrübələr nəzərə alınmaqla dövri əsasda Mərkəzi Bankın rəsmi internet səhifəsində yerləşdirilməklə elektron versiyada dərc olunur.

2022-ci ilin nəticələri üzrə Maliyyə sabitliyi hesabatı ilə aşağıdakı linkdə tanış olmaq olar:

Maliyyə sabitliyi hesabatı - 2022

Fuad Mədətov
Fins.az