BANK

14 Mart

Rabitəbankda Risk Departamentinə direktor təyin edilib!

Rabitəbankda yeni təyinat olub. Belə ki, Anar Əliyev bankın Risklərin İdarə Edilməsi Departamentinin direktoru vəzifəsinə təyin edilib.

Bu barədə bankdan Fins.az-a məlumat verilib.

2007-ci ildə əmək fəaliyyətinə “MuğanBank” ASC-nin “Qərb” filialında kredit mütəxəssisi olaraq başlayan A.Əliyev bir müddət sonra həmin şöbənin müdiri vəzifəsinə yüksəlmiş, daha sonra isə Risklərin İdarə Edilməsi, Maliyyə, Biznes Proseslərin İdarə Edilməsi kimi bir neçə departamentin direktoru və 2021-ci ildən isə Audit Komitəsinin sədri vəzifəsində çalışmışdır.

Anar Əliyev “Azərbaycan Dövlət İqtisad Universiteti”-nin “Maliyyə və kredit” ixtisası üzrə bakalavr təhsili almışdır. Bununla yanaşı, o, Auditorlar Palatası və GRBS tərəfindən “Mühasibat uçotu üzrə Milli sertifikat”, Wharton (University of Pennsylvania) tərəfindən təşkil edilmiş “Business Analytics” və Luksemburqda “Risk Management in Banking Foundation Level” sertifikatlarına yiyələnmişdir.

“Rabitəbank” ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.