AccessBank yeni depozit kampaniyasına start verib. Kampaniya ərzində bankda manatla yeni depozit yerləşdirən müştərilər illik 11%-dək gəlir əldə edəcəklər.
Bankdan Fins.az-a verilən məlumata görə, müddətli depozit ilə 50 manatdan başlayan istənilən məbləği 6 aydan 24 ayadək müddətə banka yerləşdirmək olar. Üstəlik, faizləri həm hər ay, həm də müddətin sonunda əldə etmək mümkündür.
AccessBank-a depozit yerləşdirməyin üstünlükləri:
- Tamamilə beynəlxalq səhmdarlara malik bankın müştərisi olursunuz.
- Sərfəli depozit faizi əldə edirsiniz.
- Banka yerləşdirilən depozitlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunur.
Müddətli əmanət haqqında ətraflı məlumat:
Müddətli depozit | 11% - dək Qazanc | Onlayn sifariş et (accessbank.az)
Təklif olunan depozit haqqında məlumat əldə etmək üçün AccessBank-ın 151 Əlaqə mərkəzinə zəng etmək və ya bankın filiallarına yaxınlaşmaq olar.