BANK

06 Mart

Bankların ev təsərrüfatlarına kredit qoyuluşu 11 mlrd. manatı ötüb

Azərbaycan banklarının ev təsərrüfatlarına kredit qoyuluşu bu il fevralın 1-nə 11 023 milyon manat təşkil edib. 

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29,9% çoxdur. 

Məlumata görə, bankların ev təsərrüfatlarına kredit qoyuluşu ötən ilin eyni dövründə 8,4 milyard manat təşkil edib.