BANK

02 Mart

ARDNF ötən ay satılan valyutanın həcmini açıqlayıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) valyuta satışı ilə bağlı açıqlama yayıb.

Fonddan Fins.Az-a verilən məlumata görə, ARDNF tərəfindən 2023-cü ilin fevral ayı ərzində 356,6 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Xatırladaq ki, 2022-ci il dekabrın 31-ə ARDNF-nin aktivləri 2022-ci ilin əvvəlinə (45 025,1 milyon ABŞ dolları) nisbətən 8.9% artaraq 49 033,6 milyon ABŞ dolları təşkil etmişdir.

2022-ci ilin yanvar-dekabr ayları ərzində ARDNF-nin büdcə gəlirləri 9 586,0 milyon ABŞ dolları, büdcə xərcləri isə 4 699,0 milyon ABŞ dolları təşkil etmişdir.

2022-ci ilin yanvar-dekabr ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 20 480,4 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 19 698,9 milyon manat, bonus ödənişləri 768,7 milyon manat, tranzit gəlirləri 7,2 milyon manat, akrhesabı ödənişlər 5,6 milyon manat təşkil etmişdir.

Zəminə Hüseyn
Fins.Az