Martın 2-də Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.
Bu barədə Fins.Az-a AMB-dən məlumat verilib.
Məlumata görə, hərracda tələb 51,7 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Qeyd edək ki, fevralın 28-də Mərkəzi Bankda keçirilən valyuta hərracında tələb 42,7 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib.
Zəminə Hüseyn
Fins.Az