BANK

02 Mart

Kapital Bank 4 nominasiyada qalib oldu - FOTO

Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən ənənəvi “Bankçılıq Mükafatları –2022” mükafatının qalibləri müəyyən olunub və Kapital Bank 4 nominasiya üzrə qalib olaraq mükafatlar qazanıb.

Fins.Az xəbər verir ki, Kapital Bank 2022-ci il üzrə “Korporativ sosial məsuliyyət”, “Ən fəal təhsil dəstəkçisi”, “Rəqəmsal ödənişlərdə təhlükəsizliyə dair maarrifləndirmə layihələri” və “Elektron Bankçılıq” nominasiyalarının qalibi olub.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 114 filialı və 25 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — //kbl.az/krdt, Birbank kartı sifarişi üçün — //kbl.az/tkstcrd.