BANK

01 Mart

Bank Respublika ''Bahar müjdəsi'' nağd kredit kampaniyasına start verib

Bank Respublika nağd kredit faizlərini 12%-dək endirdi!

Müştərilərini hər zaman maraqlı və sərfəli kampaniyalarla sevindirən Bank Respublika, Novruz bayramı ərəfəsində müştərilərinə sevinc bəxş edəcək yeni sərfəli kredit kampaniyasına start verib.

Bankdan Fins.Az-a verilən məlumatlara görə, cari ilin aprel ayının 30-dək davam edəcək “Bahar müjdəsi” kredit kampaniyası çərçivəsində Banka müraciət edən müştərilər nağd kreditləri illik min.12%-lə və daha sərfəli şərtlərlə əldə etmək imkanı qazanacaq:

Maksimal məbləğ – 50.000 AZN;
Müddət – 48 ayadək;
Güzəşt müddəti – 3 ay;
Zamin – tələb olunmur;
Sığorta xərci – yoxdur.
“Bank Respublika”da kredit sifarişinin daha bir üstünlüyü ondan ibarətdir ki, krediti onlayn sifariş edən müştərilər, komissiyada 50% ENDİRİM əldə edəcək və kredit birbaşa qeyd edilən ünvana çatdırılacaq.

Əgər Siz də bayram sevincinizə sevinc qatıb, özünüzü və əzizlərinizi sevindirmək istəyirsinizsə, elə indi krediti “Bank Respublika”dan sifariş edin!

Kampaniyadan faydalanmaq istəyən müştərilər, bankın istənilən filialına yaxınlaşaraq, bankın rəsmi saytında onlayn müraciət edərək, eləcə də WhatsApp-da Çat-Bot xidmətindən istifadə edərək 050 6 144 144 nömrəsinə “Kredit” yazıb göndərərək kredit sifariş edə bilərlər.

Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.