Azərbaycanda verilmiş kreditlər üzrə orta faiz dərəcəsi açıqlanıb.
Fins.Az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, 1 fevral tarixinə manatla verilmiş kreditlər üzrə orta faiz dərəcəsi 16.43% təşkil edib.
Bu da illik müqayisədə 1.12 faiz bəndi az, ötən ayın 1-i ilə müqayisədə isə 0.58 bənd çoxdur.