BANK

28 Fevral

Valyuta hərracında tələb təmin edildi - AMB - 28.02.2023

Fevralın 28-də Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.

Bu barədə Fins.Az-a AMB-dən məlumat verilib.

Məlumata görə, hərracda tələb 42,7 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Qeyd edək ki, fevralın 21-də Mərkəzi Bankda keçirilən valyuta hərracında tələb 49,3 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib.

Zəminə Hüseyn
Fins.Az