Azərbaycanda bank sistemi üzrə dövriyyədə olan ödəniş kartlarının sayı bu il fevral ayının 1-nə 13 milyon 488 min ədəd təşkil edib.
Fins.Az Mərkəzi Banka istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən aya nisbətən 231 min ədəd çoxdur.
Qeyd edək ki, ötən ilin fevral ayının 1-nə nəzərən Azərbaycanda ödəniş kartlarının sayı 19.7% və ya 2 milyon 217 min ədəd artıb. 2022-ci ilin müvafiq dövründə bu rəqəm 11 milyon 271 min ədədə bərabər idi.