2023-ci il fevral ayının 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 20 mlrd. 259 mln. manat təşkil edib.
Fins.Az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə iqtisadiyyata kredit qoyuluşları 17,5% və ya 3 mlrd. 17 mln. manat artıb. Belə ki, 2022-ci ilin fevral ayının 1-nə kredit qoyuluşlarının həcmi 17 mlrd. 242 mln. manat təşkil edib.