"Rəqabətli insan kapitalına malik dinamik və inklüziv cəmiyyətin yaradılması yeni milli strategiyada Azərbaycanın milli prioritetlərindən biridir".
Fins.Az APA-ya istinadən xəbər verir ki, bunu Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl deyib.
O bildirib ki, Azərbaycan İnsan Kapitalı İcmalına əsasən bu gün Azərbaycanda doğulan uşaqlar kefiyyətli təhsil, tam sağlamlıq və sosial rifah şəraitində istehsal potensialının yalnız 58%-nə çatacaq.
"Azərbaycanın İnsan Kapitalı İndeksi qiyməti oxşar inkişaf səviyyəsinə malik ölkələrin göstəriciləri kimidir. Bununla belə, bu göstərici Avropa və Mərkəzi Asiya regionu üzrə orta göstəricidən aşağı olaraq qalır"- deyə Sara Maykl əlavə edib.