BANK

23 Fevral

Azərbaycanda 3 bankın qeyri-faiz gəlirləri 100 mln. manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 24 bankdan 3-nün qeyri-faiz gəlirləri 2022-ci ildə 100 milyon manatdan çox olub.

Fins.Az xəbər verir ki, bunlar "Kapital Bank" (393,9 mln. manat), "Azərbaycan Beynəlxalq Bankı" (197,4 mln. manat) və "PAŞA Bank"dır (185,6 mln. manat).

Əlavə edək ki, bu dövrə olan məlumata görə, qalan banklardan 16-da qeyri-faiz gəlirləri 10 milyon manatdan 100 milyon manata qədər, 5 bankda isə 10 milyon manatdan azdır.