Azərbaycanda fəaliyyət göstərən 24 bankdan 8-nin faiz gəlirləri ötən il 100 milyon manatdan çox olub.
Fins.Az bankların hesabatına istinadən xəbər verir ki, bunlar "Kapital Bank", "PAŞA Bank", "Azərbaycan Beynəlxalq Bankı", "Access Bank" və "Unibank", "Bank Respublika", "Xalq Bank" və "Bank of Baku"dur.
Əlavə edək ki, bu dövrə olan məlumata görə, qalan banklardan 16-da faiz gəlirləri 10 milyon manatdan 100 milyon manata qədərdir.