Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov ölkədə fəaliyyət göstərən bankların rəhbərlərilə görüşərək son makroiqtisadi meyillər və proqnozları müzakirə edib.
Fins.Az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumata görə, görüşdə həmçinin 2022-ci il üzrə bank sektorunun yekunlarına dair təqdimatlar keçirilib. "Təqdimatlar zamanı qlobal makroiqtisadi proseslər, inflyasiya,faiz dəhlizinin parametrlərinin pul bazarına təsiri, eyni zamanda bank sektoru üzrə 2022-ci ilin nəticələri, son qlobal iqtisadi meyillərin maliyyə-bank sektoruna təsirləri və digər aktual məsələlər müzakirə edilib" - AMB-dən bildirilib.