Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunda insan inkişafı üzrə direktoru Fadia Saadah Azərbaycana səfər edəcək.
Fins.Az-ın məlumatına görə, bu barədə APA-ya Bankdan bildirilib. Məlumata görə, Fadia Saadah bir sıra rəsmi şəxslərlə görüşəcək. Həmçinin, fevralın 24-də Azərbaycan üzrə yeni hazırlanmış İnsan Kapitalı İcmalının təqdimatında iştirak edəcək.Qeyd edək ki, İnsan Kapitalı İcmalının (HCR) məqsədi Azərbaycanda əsas insan kapitalı aspektlərinin vəziyyətini və bu sahədə çağırışları qiymətləndirmək, gücləndirilməsi zəruri olan prioritet istiqamətləri müəyyən etmək və ölkə üçün spesifik həll yollarını təklif etməklə Azərbaycan Hökumətinə 2030-cu ilə qədər Milli Prioritetlərin və 2022-2026-cı illər üzrə Sosial-İqtisadi İnkişaf Strategiyasının həyata keçirilməsinə dəstək verməkdir.