BANK

16 Fevral

“Standard & Poor's” Beynəlxalq Reytinq Agentliyi növbəti dəfə “PAŞA Bank”ın yüksək reytinqini təsdiqləyib

Azərbaycanın aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank”ın fəaliyyəti beynəlxalq ekspertlər icması tərəfindən növbəti dəfə yüksək qiymətləndirilib.

Bu barədə Fins.Az-a bankdan məlumat verilib.

“Standard Poor's” Beynəlxalq Reytinq Agentliyi Bankın kredit reytinqini açıqlayıb. Qiymətləndirməyə əsasən “PAŞA Bank”ın uzunmüddətli kredit reytinqi "B+", qısamüddətli reytinqi isə “b+” səviyyəsində təsdiq olunub. Reytinq üzrə proqnoz isə “sabit” olaraq saxlanılıb.

“PAŞA Bank”ın güclü biznes mövqeyi, böyük likvidlik ehtiyatları və yüksək gəlirliliyi “Standard  Poor's” Beynəlxalq Reytinq Agentliyi tərəfindən yüksək reytinq və sabit proqnozla qiymətləndirilmənin əsas təminatçısı olub.

Qeyd edək ki, bu reytinq Azərbaycan bankları arasında ən yüksək reytinqlərdən biridir.