Fevralın 14-də Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.
Bankdan Fins.Az-a bildirilib ki, hərracda tələb 53,1 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Əlavə edək ki, fevralın 9-da Mərkəzi Bankda keçirilən valyuta hərracında tələb 56.7 milyon ABŞ dolları təşkil edib və tam təmin edilibdir.
Fuad Mədətov
Fins.Az