BANK

11 Fevral

Biznes kreditlərinin həcmi 11 mlrd. manata yaxınlaşır

Azərbaycandakı bankların kredit portfelinin həcmi bu ilin yanvarın 1-nə 19,5 mlrd. manat təşkil edib.

Fins.Az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, portfelin əsas hissəsini təşkil edən biznes kreditlərinin həcmi 1 ay əvvəllə müqayisədə 0,9% azalaraq 10,8 mlrd. manat təşkil edib.

Məlumata görə, bu dövrdə istehlak kreditlərinin həcmi 5,7 mlrd. manat, ipoteka kreditlərinin həcmi isə 2,9 mlrd. manat olub.