Bir sıra MDB ölkələrinin bankları ötən il kartların emissiyasını kəskin şəkildə artırıb.
Fins.Az xəbər verir ki, bu barədə "RBC" Azərbaycan, Tacikistan, Özbəkistan, Qazaxıstan, Gürcüstan, Belarus, Ermənistan və Qırğızıstanın milli banklarının hesabatlarını araşdırıb.
"Visa" və "Mastercard" beynəlxalq ödəniş sistemlərinin Rusiyadan çıxarılması fonunda ötən il qonşu ölkələrdə buraxılmış bank kartlarının sayı xeyli artıb. Bir sıra MDB ölkələrində ötən il dövriyyədə olan bank kartlarının illik artım tempi 2021-ci illə müqayisədə xeyli yüksək olub. Azərbaycanda 2022-ci ildə ödəniş kartlarının sayı 18,3% artaraq 13,6 milyon ədədə, Özbəkistanda 26,2% artaraq 34,2 milyona, Belarusda 14,9% artaraq 18 milyon ədədə çatıb.