BANK

09 Fevral

Xalq Bankın əməkdaşlarından Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə dəstək

Fevral ayının 6-da qardaş ölkədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Xalq Bankın əməkdaşlarının şəxsi vəsaiti hesabına toplanan 100 000 (bir yüz min) ABŞ dolları Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD)  hesabına köçürülmüşdür.

Səninləyik, Türkiyə!