BANK

08 Fevral

Unibank: Türkiyəyə ianə köçürmələrindən vergi və komissiya tutulmur

Unibank KB Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların ailələrinə və bütün türk xalqına dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyir.

Unibank qardaş ölkə Türkiyəfə baş verən zəlzələ nəticəsində zərərçəkənlərə yardım məqsədi ilə maddi dəstək göstərmək istəyən vətəndaşlarımızın diqqətinə çatdırır ki, mövcud hesablara ianə məqsədli köçürmələrdən ƏDV tutulmur.

Bankdan Fins.Az-a verilən məlumata görə, bundan başqa Türkiyəyə dəstək məqsədli pul köçürmələrində xidmətə görə bank komissiyası məbləği və həmçinin köçürmələr zamanı konvertasiya haqqı da bank tərəfindən qarşılanır. İstər hüquqi,  istərsə də də fiziki şəxslər Unibank filiallarına yaxınlaşaraq, ianə köçürmələrini ƏDV tutulması olmadan, xidmət haqqı və konvertasiya komissiyaları ödəmədən, çox rahatlıqla həyata keçirə bilərlər.

Eyni zamanda UBank vasitəsilə AFAD-ın hesabına birbaşa kart köçürmələrini də ƏDV tutulmadan və komissiya haqqı ödənilmədən həyata keçirmək mümkündür.

Fuad Mədətov
Fins.Az