BANK

07 Fevral

Leobank və Unicapital sizə xarici şirkətlərin səhmdarı olmaq imkanı yaratdı

“Unibank”ın "Leobank" mobil bankçılıq xidməti və ölkənin innovativ investiya şirkəti olan “Unicapital İnvestisiya Şirkəti” ASC-nin birgə tərəfdaşlığı nəticəsində, Azərbaycanda ilk dəfə yerli mobil bankçılıq tətbiqi üzərindən investisiya xidmətləri istifadəyə verilib

Bankdan Fins.az-a verilən məlumata görə, yeni xidmət investisiya şirkətinin ofisinə gəlmədən, investisiya hesabının açılması prosesinin sadələşdirilməsini əhatə edir.

“Leobank” mobil tətbiqinin istifadəçiləri “İnvestisiyalar” bölməsi vasitəsilə qlobal maliyyə bazarlarına çıxaraq, xarici şirkətlərin səhmdarı olmaq imkanını əldə ediblər.

Beləliklə, yüzlərlə maliyyə alətlərinə yatırım edib, nüfuzlu şirkətlərin pay sahibi ola, səhm, investisiya fondları, kriptovalyuta (CFD) kimi maliyyə aləti ilə ticarət etmək, artıq “Leobank” mobil tətbiqi üzərindən investisiya hesabı açmış “Unicapital” müştəriləri üçün əlçatan olub.

Bu yenilik yerli maliyyə bazarlarının inteqrasiyası və əlçatanlığının yüksəldilməsinə xidmət etməklə, Azərbaycanda investisiya xidmətlərinin təşkili və göstərilməsi üçün yeni mərhələ yaratmış olur. Mobil tətbiq istifadəçiləri investisiya bölməsinin aşağıdakı imkanlarından yararlana biləcək:

  • Rahat və geniş funksionallıq
  • Bir kliklə nüfuzlu qlobal şirkətlərin səhmdarı olmaq imkanı
  • Təcrübəli və etibarlı tərəfdaş olan “Unicapital İnvestisiya Şirkəti” ASC-nin dəstəyi

Xatırladaq ki, Nizamnamə kapitalı 100%-lik “Unibank KB” ASC-yə məxsus olan “Unicapital İnvestisiya Şirkəti” 2007-ci ildən qiymətli kağızların yerləşdirilməsi və investisiya, həmçinin törəmə maliyyə alətləri üzrə xidmətlər təqdim edir. Şirkət ötən ildə Azərbaycanın ilk yerli investisiya platforması olan “UTrader” platformasını istifadəyə verib.

Mövcud müştərilər tərəfindən yüksək marağa səbəb olan yeni xidmət artıq aktiv istifadə olunur və çox sayda müsbət rəy əldə edib.

Yuxarıda qeyd olunan bölmə “Leobank”ın 28 aprel 2022-ci il tarixindən sonra qeydiyyatdan keçmiş və “Unicapital İnvestisiya Şirkəti” ASC investisiya müqaviləsini imzalamış müştəriləri üçün aktivdir.

Xidmətə hələ də qoşulmamış “Leobank” istifadəçiləri isə iş saatları çərçivəsində istənilən vaxt “Unibank”ın filiallarına yaxınlaşaraq, müvafiq sənədləri imzalayıb, yeni xidmətə qoşula bilərlər.