BANK

06 Fevral

Əhalinin banklardan nağd dollar alışı satışını üstələyib

Azərbaycan bankları 2022-ci il ərzində ABŞ dolları valyutası üzrə 2 milyard 40 milyon dollarlıq nağd alış, 2 milyard 357 milyon dollarlıq nağd satış əməliyyatları aparıb. 

Fins.Az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, əhalinin banklardan dollar alışı banklara satışından 317 milyon dollar çox olub.

Əlavə edək ki, 2021-ci ildə banklar nağd şəkildə 1 milyard 353 milyon 123 min dollar alıb, 2 milyard 95 milyon 909 min dollar satıb.