Bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.
Fins.az AMB-yə istinadən xəbər verir ki, hərracda bankların dollar tələbi 27,5 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Bu isə ötən hərracla müqayisədə 6,7% azdır.
Qeyd edək ki, yanvarın 31-də keçirilən valyuta hərracında banklar 29,5 milyon dollar sifariş etmişdi.