BANK

02 Fevral

TamGənc kartını ABB-dən pulsuz əldə et

ABB TamGənc kartı sahibi olmaq istəyən gənclər üçün gözəl fürsət yaradıb. Bankın elan etdiyi kampaniya çərçivəsində 15 fevrala qədər TamGənc kartını onlayn sifarişlər zamanı pulsuz almaq olar.

Üstəlik, kampaniya müddətində TamGənc kartı ilə kinoteatr, teatr və konsert biletləri, oyun və rəqəmsal məhsullar aldıqda, kafe-restoran, taksi xidmətlərindən, dəmiryolu nəqliyyatından istifadə etdikdə, eləcə də gül dükanları, kosmetika, ətriyyat və kitab mağazalarında, musiqi platformalarında ödənişlərdə 10% keşbek hesablanır. Digər əməliyyatlarda isə keşbek standartdır.

ABB-nin TamGənc kartı 18-25 yaş arası gənclər üçündür. Bu kart hesabda olan pul qalığına illik 7%-dək gəlir qazandırır. Kart sahibləri aylıq 7000 AZN-dək məbləğdə ölkədaxili kartlara köçürmə və bütün ATM-lərdə nağdlaşdırma əməliyyatlarını həyata keçirərkən heç bir komissiya haqqı ödəmirlər. TamGənc kartının sifarişi onlayn qaydada bu link vasitəsilə və ya ABB mobile tətbiqi ilə mümkündür.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, //abb-bank.az/rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.