"Mərkəzi Bank Azərbaycanda ilk dəfə bu il Yanvarın 9-dan etibarən banklararası mütəşəkkil valyuta bazarını (platformasını) yaradıb. Artıq banklar bu bazarda bir-birlərinə valyuta sata və ala bilirlər. Bu platformanın köməyi ilə, valyuta kəsiri olan bank öz kəsirini bağlaya, profisiti olan bank isə onu sata bilər".
Fins.az xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.
Mərkəzi Bankın sədri əlavə edib ki, yanvar ayında 2 valyuta hərracında bankların sifarişinin olmaması və digər hərraclarda az olması ilk növbədə tələbin azalması və ilk dəfə banklararası mütəşəkkil valyuta bazarının işə düşməsi ilə əlaqədardır. (Marja)