BANK

01 Fevral

Taleh Kazımov: Ötən il on illərdi müşahidə edilməyən qlobal inflyasiya ilə qarşılaşdıq

Ötən il on illər ərzində müşahidə edilməyən qlobal inflyasiya ilə qarşılaşdıq.

Fins.az xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.
O bildirib ki, 2022-ci il maliyyə bazarlarında çətin il kimi yadda qalıb. Hətta 2021-ci ildə qlobal maliyyə bazarları analitikləri 2022-ci ildə inflyasiyanın davam edəcəyini gözləmirdilər.

Taleh Kazımov qeyd edib ki, qlobal inflyasiyanın yüksək olması Azərbaycanda da ötən il inflyasiyanın yüksək olmasını şərtləndirib.