BANK

01 Fevral

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini artırdı

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0.25 faiz bəndi artırılaraq 8.5%-ə, faiz dəhlizinin aşağı həddi 0.5 faiz bəndi artırılaraq 6.75%-ə, faiz dəhlizinin yuxarı həddi isə 0.25 faiz bəndi artırılaraq 9.5%-ə qaldırılıb. 

Fins.Az AMB-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) qərar qəbul edib.

Qeyd edək ki, Mərkəzi Bankın İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı martın 29-da ictimaiyyətə açıqlanacaq.

Fuad Mədətov
Fins.Az